21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Bəhlul Mustafazadə və Sərtan Taşkın Qazaxıstan yığması ilə yoldaşlıq oyunu ərəfəsində AFFA-nın mətbuat xidmətinə açıqlama veriblər.
Sportal.az həmin açıqlamaları təqdim edir:
Bəhlul Mustafazadə: "Mövsümü müsbət notlarla bitirmək istəyirik. Düşünürəm ki, həm onlar, həm də bizim üçün maraqlı oyun olacaq. Qələbə qazanmağa çalışacağıq. Baş məşqçimiz verilən tapşırıqların yerinə yetirilməsini istəyir. Bəlli bir sistemimiz var və ona uyğun oynamalıyıq. Milli komandada və ya klubda davamlı oynamaq üçün daim yüksək səviyyədə çıxış etmək lazımdır. Ən vacibi həm sabahkı oyunu, həm də bütün mövsümü yüksək səviyyədə keçirməkdir".
Sərtan Taşkın: "Hazırlığımız yaxşı gedir. Çoxdandır bu oyuna hazırlaşırıq. Qələbə qazanmaq üçün çalışacağıq. Bunun üçün məşqçinin verdiyi tapşırılıqları yerinə yetirməliyik. Bu oyun qarşıdakı oyunlara hazırlıq baxımından da çox vacibdir".
saytlarin hazirlanmasi