Rəşad Sadıqov: "Renat Dadaşov hələ hazır deyil"

16:16 - 4 İyun 2018

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqovun Qazaxıstan yığması ilə oyunla (1:1) bağlı fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb:

 

Sportal.az Sadıqovun fikirlərini diqqətinizə çatdırır: 

 

“Yaxşı oyun oldu. Hər iki komandanın ifasında baxımlı futbol izlədik. Komandalar topa daha çox nəzarət etmək istəyirdi. Qazaxıstan yığması hazırda seçmə mərhələdə yüksək yerlər uğrunda mübarizə aparır. Bizdə isə fərqli məqsəd var. Biz yeni komanda qururuq. U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renat Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Ümumiyyətlə, futbolçulardan razı qaldım. Meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər. Səfərdə oynayırdıq və nəticə də pis deyil”.

Xəbər xətti