"Yaxşı oyun oldu. Rəqib də güclü idi. Həm texniki cəhətdən yaxşı oynayırdılar, həm də pressinq tətbiq edirdilər. Biz də çalışırdıq ki, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirək, düzgün oynayaq".
Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ehtiram Şahverdiyev Qazaxıstan yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib. O bildirib ki, 1:1 hesabı pis nəticə deyil:
"Düzdür, yoldaşlıq oyununda nəticədən daha çox oyun vacib idi. Amma qələbə qazanmaq istəyirdik. Bununla belə, heç-heçə də pis nəticə deyil. Komanda olaraq, yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Ancaq gələcəkdə səhvlərimizi düzəldib, daha da yaxşı oynayacağımıza inanıram".
Yığmamızın digər üzvü Qismət Alıyev isə qarşılaşma ilə bağlı bunları deyib: "Təlim-məşq toplanışı yeni başlamışdı. Yaxşı hazırlaşmışdıq və məşqçinin dediklərini etməyə çalışırdıq. Pis oynamadığmızı düşünürəm. Qələbə də qazana bilərdik, sona yaxın qol buraxdıq. Amma hər iki komanda üçün yaxşı oyun oldu. Qarşıda hələ bir oyunumuz da var. Macarıstan yığması ilə qarşılaşmaya daha da səylə hazırlaşaraq, yaxşı nəticə qazanmaq istəyirik".
saytlarin hazirlanmasi