Ramil Şeydayev: "Məğlubiyyətə layiq idik"

00:01 - 6 İyun 2018

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Qazaxıstan yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

 

“Bu cür oyun gözləmirdim. Görünür, məğlubiyyətə layiq idik. Pis oynadıq. Mübarizələri uduzduq. Ancaq həvəsdən düşmək lazım deyil. Düşünürəm ki, qarşıda hər şey yaxşı olacaq. Əsas odu ki, daha çox çalışmalıyıq. Özümüzə və komandaya inanmalıyıq”.

Xəbər xətti