21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri məlum olub.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, matçı İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Knyaz Əmiraslanov və Cəmil Quliyev olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Oyun iyunun 8-də, saat 19:00-da "Dalğa Arena"da start götürəcək.
saytlarin hazirlanmasi