Millimiz Riqada məşqə çıxacaq

16:52 - 8 İyun 2018

Sabah Latviya yığması ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisi artıq sözügedən ölkədədi.

 

Sportal.az xəbər verir ki, komandamız dünən yerli vaxtla saat 17:00-da paytaxt Riqaya çatıb.

 

Milli bu gün matçın keçiriləcəyi "Dauqava" stadionunda oyunöncəsi son məşqə çıxacaq. Hazırlıq prosesi 20:00-a təyin edilib.

 

Qeyd edək ki, Latviya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə 19:00-da start götürəcək.

Xəbər xətti