Millimizin rəqibinin prezidenti vəfat etdi

17:33 - 9 İyun 2018

Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, Vokrri 58 yaşında gözlərini əbədi olaraq yumub. Veteran futbolçu bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib. Vokrri xəstəxanaya çatdırılsa da, vəfat edib.

 

Vokrri "Partizan", "Nims", "Fənərbaxça" kimi klublarda forma geyinmişdi.

 

Qeyd edək ki, Kosovo Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti