"Qazaxıstan yığmasına məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik".
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ruslan Abışov deyib. Təcrübəli müdafiəçi millimizin heyətində Latviyaya qarşı keçirdikləri yoldaşlıq matçı haqda danışıb. O, bir neçə gün öncə Qazaxıstana məğlub olduqları matçdakı nəticənin təsadüfi olduğunu bildirib:
"Qazaxıstana 0:3 uduzmağımız təsadüfi idi. Bəzi amillər var idi, biz ona hazır deyildik".
Təcrübəli futbolçu oyunçuların Millətlər Liqasının startına qədər tam hazır olmasını arzulayır: "Qarşıda vacib oyunlar var. Ümid edirəm, sentyabra qədər hər kəs klubunda lazımi hazırlıq keçib milliyə hazır formada gələr”.
Qeyd edək ki, yığmamız Latviyanı 3:1 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi