"Zirə" Türkiyədə 4 yoxlama görüşü keçirəcək

13:37 - 11 İyun 2018

Növbəti mövsümə hazırlaşan “Zirə”nin yay fasiləsindəki planları bəlli olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komanda iyunun 22-də Bakıda, Bakı Olimpiya Stadionunda bir araya gələcək. “Qartallar” hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. İyulun 15-nə kimi davam edəcək toplanışda iki yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ayın 7-də komandanın əvəzediciləri ilə, 14-də isə “Sabah”la qarşılaşacaq.

 

Ayın 16-da istirahətə buraxılacaq “Zirə” 1 gün sonra Türkiyəyənin Bolu şəhərinə yola düşəcək. Paytaxt klubu burada “Koru” oteldə məskunlaşacaq. İyulun 29-na kimi qonşu ölkədə məskunlaşacaq “qartallar” 4 yoxlama matçı keçirəcək. Qarşılaşmaların iyulun 18, 21, 24, 28-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Xəbər xətti