Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı

14:31 - 12 İyun 2018

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, püşkün nəticəsi belə olub:

 

Çempionlar Liqası
Çempionlar yolu, ilkin mərhələ

 

"Santa Koloma" (Andorra) - "Drita" (Kosovo)
"La Fiorita" (San-Marino) - "Linkoln" (Cəbəllütariq)

 

Cütün qalibləri final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibinə çevriləcək.

 

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.

 

Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.

Xəbər xətti