"Real"ın baş məşqçisi postundan istefa verən Zinəddin Zidan açıqlama verib.
Sportal.az xəbər verir ki, o, Fransada qatıldığı bir televiziya proqramında fikirlərini bölüşüb. Zidan "kral klubu"ndan Fransa millisinə görə ayrılmadığını deyib:
"Hazırda önəmli olan mövzu Fransa milli komandasının uğurudur. Dünya çempionatından sonra bəzi fikirləri açıq şəkildə ifadə edə bilərik. İndi tək söyləyəcəyim şey "Real"dan Fransa millsini çalışdırmaq üçün ayrılmadığımdır. Rusiyada mübarizə aparacaq komandanın yaxşı nəticələr qazanacağını düşünürəm. Dünya çempionatındakı ikinci zəfərimizi qazana bilərik".
saytlarin hazirlanmasi