UEFA PSJ-yə şərt qoydu

10:14 - 14 İyun 2018

UEFA PSJ-nin qarşısına şərt qoyub.

 

Sportal.az xəbər verir ki, maliyyə "feyr-pley" qaydalarını pozan Paris klubu 60 milyon avro dəyərində futbolçu satışı etməlidir. UEFA paytaxt klubuna iyunun sonuna kimi vaxt qoyub. Əgər bu vaxta kimi PSJ bunu həyata keçirməsə, daha ağır sanksiya ilə üzləşəcək.

 

Qeyd edək ki, PSJ ötən yay Neymarı 222 milyon, Kilian Mbappeni isə 180 milyon avroya transfer etmişdi. 

Xəbər xətti