"Neftçi"nin rəqibi: ÇL-in yarımfinalda "Bavariya"ya uduzan komanda

15:29 - 20 İyun 2018

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Bakı klubunun rəqibi qədim tarixə malikdir. Komanda 1885-ci ildə yaradılıb. "Ujpest"102 ildir elitada mübarizə aparır. "Bənövşəyilər" 20 dəfə Macarıstan çempionu olub, 9 dəfə ölkə kubokunu qazanıb, 3 dəfə isə Super kubokda qalib olub.

 

"Uypeşt" avrokuboklarda 137 oyuna 56 qələbə qazanıb, 23 heç-heçə edib və 58 dəfə məğlub olub. Bu oyunlarda 227 qol vuran "Uypeşt" qapısında 219 top görüb. Komandanın avrokuboklarda ən böyük uğuru 1960-70-ci illərə təsadüf edir. 1968/69 mövsümündə Yarmarkalar Kubokunun finalında uduzan "Uypeşt", 1973/74 mövsümündə Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya məğlub olaraq, mübarizəni dayandırmışdı.

 

"Uypeşt" ev oyunlarını "Susa Ferents" stadionunda keçirilir. 1922-ci ildə açılışı olan arenanın azarkeş tutumu 14 min 817 nəfərdir. Stadionun adı klubun əfsanəvi hücumçusu Susa Ferentsin adını daşıyır.

 

Budapeşt təmsilçisinin prezidenti Rolan Düşatele, baş məşqçisi Neboyşa Viqneviç, kapitanı isə Robert Litauşkidir.

Xəbər xətti