"Qarabağ" əzəmətli və güclü komandadır. Rəqib haqda yalnız xoş sözlər söyləmək olar".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının ilkin təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın "Olimpiya" komandasının kapitanı Branko İliç deyib. 35 yaşlı müdafiəçi komandasına inandığını bildirib: "Biz Uelsin TNS klubunu püşkdə arzuladığımız kimi, digər güclü komandalar da bizimlə düşmək istəyirdi. Zəif rəqibin güclünü məğlub etməsi futbolun möcüzəsi hesab edilir. Komandamıza inanıram. "Qarabağ" texnikalı oyun nümayiş etdirir. Baş məşqçimiz oyun sistemində dəyişiklik edəcək. Özümüzə çox güvənirik".
Qeyd edək ki, ilk oyun iyulun 11-də Sloveniyada baş tutacaq.
saytlarin hazirlanmasi