Avropa Liqasının I təsnifat mərhələsində iyulun 19-da keçiriləcək "Uypeşt" (Macarıstan) - "Neftçi" matçının hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, görüş yunanıstanlı Anastasios Papapetru idarə edəcək. 33 yaşlı referiyə Vasilius Kampuris və Trifon Petropulos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Angelos Evangelos yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Bakıda keçiriləcək. Həmin oyunun təyinatları isə açıqlanmayıb.
saytlarin hazirlanmasi