Nazim Süleymanov "Sumqayıt"ı ilk məşqinə çıxardı

01:01 - 2 İyul 2018

“Sumqayıt” 2018/19 mövsümü üçün hazırlığa start verib.

 

Sportal.az xəbər verir ki, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.

 

“Sumqayıt” yeni transferlər də daxil olmaqla tam heyətlə hazırlaşıb. Yalnız Nicat Qurbanov və Rail Məlikov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Məhərrəm Məmmədli, Kamran Nəsirov, Turan Manafov, Tural Bayramlı, Fərid Kərimzadə və Elvin Nəsibov da əsas komandanın hazırlıq prosesinə cəlb olunub.

 

Təxminən 2 saata yaxın davam edən məşqin ilk hissəsində fiziki hazırlıq üzrə hərəkətlər yerinə yetirilib. Daha sonra isə topla çalışmalara üstünlük verilib.

 

Qeyd edək ki, komandanın növbəti məşqi sabah saat 18:30-da start götürəcək.

Xəbər xətti