"Çalışırıq ki, futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşsınlar".
Sportal.az xəbər ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov "Keşlə"nin əvəzedici komandasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. Millimizin çalışdırıcı futbolçulardan razı qaldığını deyib:
“Bundan öncə U-17 ilə üz-üzə gəlmişdik. Düzdü, həm əvvəlki, həm də bu oyunda məğlub olduq. Amma bizi indi nəticə maraqlandırmır. Əsasən, futbolçularda xarakter, mübariz keyfiyyətləri görmək istəyirəm. Futbolçular hər iki oyunda bu baxımdan özlərini yaxşı tərəfdən göstərdilər. Rəqibin üzvləri futbolçularımızdan 4-5 yaş böyük olsa da, hamısından razı qaldım. Komandanın oyunu məni sevindirdi. Bu komanda ilə gələcəyə nikbin baxmaq olar. Təbii ki, çatışmayan cəhətlər də var və o yöndə çalışacağıq. İyulun 4-də “Sabah”ın əvəzedici komandası ilə qarşılacağıq”.
saytlarin hazirlanmasi