Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununun hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, matçı Moldovadan olan hakimlər idarə edəcək.
Baş hakim: Vyaçeslav Banari
Baş hakimin köməkçiləri: Vasili Ermischin, Dimitri Ciobanu
Dördüncü hakim: Andrey Kojakaru (Hakimlər briqadası Moldovadandır)
Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)
UEFA nümayəndəsi: Nikoloz Jgarkava (Gürcüstan)
Qeyd edək ki, oyun iyulun 12-də, saat 20.00-da, Qəbələ şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi