Son mövsümü birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"ın heyətində keçirən Ruslan Tağızadə "Sumqayıt"la müqavilə imzalaya bilər.
Sportal.az xəbər verir ki, U-21 millimizin sabiq üzvü hazırda "gənclik şəhəri" təmsilçisinin məşqlərinə qatılır. Onunla yanaşı, son olaraq MOİK-də çıxış etmiş Tofiq Mikayılov və "Səbail"dən ayrılan Seymur Əsədov da "kimyaçılar"ın düşərgəsindədir. Bu futbolçuların durumu baş məşqçi Nazim Süleymanovu qane etsə, onlarla müqavilə imzalanacaq.
Qeyd edək ki, hər üç futbolçu yaxın keçmişdə "Sumqayıt"ın üzvü olub. Lakin Samir Abasov onların performansını bəyənmədiyi üçün komandadan uzaqlaşdırmışdı.
Əlavə edək ki, Ruslan Tağızadə bir zamanlar "Qəbələ"də də çıxış edib. O, Roman Qriqorçukun gəlişindən sonra göndərilmişdi. Maraqlıdır ki, ukraynalı mütəxəssis "qırmızı-qaralar"dan ayrıldıqdan sonra Tağızadə sosial şəbəkə hesabında Qriqorçukla bağlı sərt sözlər səsləndirmiş və onu Allaha tapşırmışdı.
saytlarin hazirlanmasi