"Uypeşt" Bakıya məğlub gəlir

18:48 - 5 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Uypeşt” növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Xorvatiyanın “İnter-Zapreşiç” klubu ilə qarşılaşan Macarıstan təmsilçisi bu oyunda 0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, "Neftçi"ylə "Uypeşt" arasında ilk qarşılaşma iyulun 12-də Bakıda "Dalğa Arena"da keçirəcək.

Xəbər xətti