Azərbaycan UEFA-nın reytinq cədvəlində gerilədi

10:14 - 13 İyul 2018

Avropa Liqasının I mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqində dəyişikliklər olub.

 

Sportal.az xəbər verir ki, ölkəmiz reytinqdə 1 pillə geriləyib..

 

“Keşlə” Malta səfərində “Baltsan”na 1:4, “Qəbələ” evdə Lüksemburqun “Proqres” klubuna 0:2 hesabıyla uduzdu. Təmsilçilərimizdən “Neftçi” doğma meydanda Macarıstanın “Uypeşt” klubunu 3:1 hesabıyla məğlub etməyi bacardı. “Ağ-qaralar” qalib gəlməklə Azərbaycanın reytinqinə 0.250 xal yazdırıb.

 

İki klubumuzun xal qazanmamasına görə, Belarus ölkəmizi keçib. Azərbaycan UEFA reytinqində 17,125 xalla 55 ölkə arasında 22-ci pillədə qərarlaşıb.

 

23-cü pillədə olan Serbiyanın 17,000, 21-ci pillədə olan Belarusun 17,375 xalı var.

Xəbər xətti