"Fantastik oyunun və nəticənin şahidi olduq. Kim asan qələbə qazandığımızı düşünürsə, səhvə yol verir".
Sportal.az xəbər veir ki, bu sözləri "Uypeşt" klubunun baş məşqçisi Neboyşa Vinyeviç deyib. Macarıstan təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Neftçi"ni qəbul edib və qələbə qazanıb. İki oyunun nəticəsinə görə, "Uypeşt" mərhələ keçən tərəf olub.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: "Neftçi" oyuna fərqli taktika ilə çıxmışdı. Cinaq oyunçularını dəyişmələri, bizə açılmaqda kömək etdi. "Neftçi" güclü komandadır. Rəqib 60-cı dəqiqədə yaxşı əks-hücum qurdu. Bizim üçün həlledici məqam üçüncü qol oldu. Rəqib bundan sonra özünü itirdi və biz qələbəyə nail olduq. Bakıdakı matçdan sonra bizi tənqid edənlər isə üzr istəsələr, yaxşı olar. Azarkeşlərimizə təşəkkür edirəm. Daha çox fanat gözləyirdim. İnanıram ki, növbəti görüşümüzə daha çox azarkeşimiz gələcək".
İspaniya "Sevilya"sı ilə növbəti mərhələ görüşləri barədə fikirlərini bildirən Vinyeviç, bu komandadan çox şey öyrənmələrinin gərəkliyini söyləyib: "Sevilya" son illər bir neçə dəfə Avropa Liqasının qalibi olub. Bugünkü oyunda nəticə də mənə növbəti görüşə hazırlaşmaqda kömək olacaq".
saytlarin hazirlanmasi