UEFA azərbaycanlı hakim-inspektoru ermənilərin oyununa saldı

14:58 - 22 İyul 2018

Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb.

 

Sportal.az xəbər verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 26-da Monteneqronun "Qradski" stadionunda keçiriləcək “Sutyeska” (Monteneqro) – “Alaşkert” (Ermənistan) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.

 

Bu görüşün baş hakimi isə İsveçrədən Alain Byeri olacaq. Ona Yan Köbeli və Setac Kurnazca yardım edəcəklər. Urs Şnayder isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Xudiyev isə onların işinə qiymət verəcək.

Xəbər xətti