Əliyar Ağayev Avropa Liqasının matçını idarə etdi VİDEO

01:00 - 27 İyul 2018

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa Liqasının II təsnifat mərhələsin ilk oyunları çərçivəsində keçirilən “Kayrat” – “Alkmaar” matçını idarə edib.

 

Sportal.az xəbər verir ki, Almatıdakı "Ortalıq" stadionunda keçirilən oyunda Qazaxıstan təmsilçisi Hollandiya klubuna 2:0 hesabı ilə qalib gəlib.

 

Əliyar Ağayev bu qarşılaşmada meydan sahiblərini 3, qonaqların 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

 

Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olublar. Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetiriblər.

 

Xəbər xətti