Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA-nın reytinq cədvəlində dəyişikliklər olub.
Sportal.az xəbər verir ki, Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib.
İsrail xallarını 18,375-ə çatdıraraq, 24-cü pilləyə yüksəlib. 18,250 xala malik Azərbaycan isə 1 pillə geriləyərək, 25-ci mövqedə qərarlaşıb.
Qeyd edək ki, hazırda Azərbaycanı avrokuboklarda yalnız "Qarabağ" klubu təmsil edir. Çempionlar Liqası ilə vidalaşan Ağdam komandası Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi