27-ci Azərbaycan çempionatı “Zirə”nin tarixində elitada 4-cü mövsüm olacaq.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Premyer Liqada 2015-ci ildə debüt edən "qartallar" indiyədək 3 dəfə güclülər sırasında mübarizə aparıb. Hesabında 1 gümüş medal olan “Zirə” iki dəfə 4-cü yeri tutub.
Bu müddətdə 92 qarşılaşmaya çıxan futbolçular 39 qələbə qazanıbsa, 28 heç-heçə edib və 25 dəfə uduzub. Nəticəsi ləğv olunan qarşılaşmadakı qolları saymasaq, paytaxt klubu 104 top vurub və 87-ni buraxıb.
2015/16 36 17 11 8 42-31 62 II yer
2016/17 28 10 9 9 26-26 39 IV yer
2017/18 28 12 8 8 36-30 44 IV yer
Cəmi 92 39 28 25 104-87 145 -
Yubiley - 40-cı qələbənin astanasında olan “Zirə” ev oyunlarında daha uğurla çıxış edib. Komanda öz meydanında 25, səfərdə 14 dəfə 3 xala sevinib.
Evdə 46 25 12 9 63-45 87
Səfərdə 46 14 16 16 41-42 58
Arxada qalan 92 görüşdə 56 futbolçu “Zirə”nin formasını geyinib. Bu oyunçular arasında mütləq rekord Viktor İqbekoyiyə məxsusdu – 81 oyun. Daha iki futbolçu 70 oyun səddini adlayıb. Yovan Krneta 72, Adil Nağıyev 71 görüşə çıxıb.
Komandanın vurduğu 104 topdan 4-nə rəqib avtoqolları səbəb olubsa, 100 topa 25 futbolçu imza atıb. Premyer Liqadakı ən məhsuldar oyunçumuz Nelson Bonilya 14 dəfə fərqlənib. İlk “üçlük”də Riçard Qadze və Milan Duriç də yer alıb. Onlar müvafiq olaraq 8 və 6 dəfə rəqib qapısına yol tapıb.
Premyer Liqa oyunlarında “Zirə”yə iki mütəxəssis rəhbərlik edib. Adil Şükürovun baş məşqçiliyi altında 50 görüşə çıxan qəsəbə təmsilçisi indiki baş məşqçisi Ayxan Abbasovla 42 dəfə qüvvəsini sınayıb.
saytlarin hazirlanmasi