Ayxan Abbasovdan yubiley oyunu

13:17 - 20 Avqust 2018

Bu həftə keçirilən Topaz Premyer Liqasının 2018/19 mövsümünün II turu “Zirə”nin baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis “Keşlə” ilə ev görüşündə komandanı mövsümdə ilk, karyerasında 50-ci rəsmi matçına çıxarıb.

 

Öncə “Zirə”nin əvəzedicilərini çalışdıran Abbasov 2017-ci il yanvarın 29-da əsas komandanın “sükanı arxası”nda debüt edib. Qəsəbə təmsilçisi Premyer Liqanın 2016/17 mövsümünün AZAL-la ev oyununda 2:1 hesablı qələbə qazanıb.

 

“Zirə”nin tarixinə Bəhram Şahquliyevlə Adil Şükürovdan sonra 3-cü baş məşqçi kimi düşən Abbasov indiyədək "qartallar"ı 50 matça çıxarıb. Bu oyunlarda 22 qələbə qazanan “Zirə” 16 heç-heçə edib və 12 dəfə uduzub. Bu müddətdə rəqib qapılarından 82 top keçirən "mavi-qırmızılar" 49 qol buraxıb. 

 

Abbasov əsas komandaya 43 çempionat, 3 kubok və 4 avrokubok qarşılaşmasında rəhbərlik edib.

Xəbər xətti