Moldova çempionatında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Şerif” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Milsami” ilə qarşılaşıb. Oyun “Qarabağ”ın rəqibinin qələbəsi ilə başa çatıb - 2:0.
Hesabı 29-cu dəqiqədə Joalisson açıb. 90-cı dəqiqədə isə Rifet Kapiç “Şerif”in qələbəsini rəsmiləşdirib.
Tiraspol təmsilçisi 17 turdan sonra 39 xalla 8 kollektiv arasında liderdi.
saytlarin hazirlanmasi