Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında baş tutacaq ilk oyundan öncə mətbuat konfranslarının və son məşqlərin vaxtları açıqlanıb.
Sportal.az xəbər verir ki, bu gün Bakı vaxtilə 16:00-da "Şerif" stadionunda meydan sahiblərinin baş məşqçisi Qoran Sabliçlə kapitanları Mateo Suşiçin media mənsublarının önünə çıxacaqlar. Rəqib son hazırlığı öz stadionunun 1-ci məşq meydançansında keçirəcək. Bakı vaxtilə saat 20:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
"Qarabağ"ın baş məşqisi Qurban Qurbanovun mətbuat konfransı isə "Şerif" stadionunda Bakı vaxtilə saat 19:40-da keçiriləcək. Bundan 20 dəqiqə sonra həmin arenada Ağdam təmsilçisinin son məşqi başlayacaq və onun da ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
"Şerif" - "Qarabağ" oyunu avqustun 23-də "Şerif" stadionunda keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi