Azərbaycan UEFA-nın reytinqində gerilədi

10:10 - 24 Avqust 2018

Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oynanılan matçlardan sonra  Azərbaycanın  mövqeyi dəyişib. Təmsilçimiz "Qarabağ" "Şerif"ə uduzduğu üçün xal ehtiyatımız artmayıb. 18.250 xalı olan ölkəmiz 1 pillə geriləyərək, 26-cı pilləyə düşüb. Bundan əvvəl 27-ci pillədə olan Norveç isə 24-cü pilləyə yüksəlib.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə öndə olan Şotlandiyanın 18.375 xalı var. Ölkəmizin əsas izləyicisi Qazaxıstan isə 17.500 xala malikdi.

Xəbər xətti