Qoran Sabliç: "Futbolçular belə güclü rəqibə qarşı oynamaq gücündə olduqlarını sübut etdilər"

10:29 - 24 Avqust 2018

"Qazanılan qələbəyə görə komandamı təbrik edirəm. Asan oyun olmadı. Belə olacağını əvvəldən bilirdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif" klubunun baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində doğma meydanda "Qarabağ"a qalib gəldikləri (1:0) matçdan sonra deyib.  

 

Xorvatiyalı mütəxəssis cavab oyunu üçün komandasının ideal vəziyyətdə olacağına ümid etdiyini bildirib: "Avropa Liqası qarşılaşması, ardınca "Milsami" ilə çempionat oyunu və nəhayət, "Qarabağ"la qarşılaşma. Bütün bunlara tab gətirmək lazım idi. Oyun komponentlərinə gəlincə, bəzi səhvləri nəzərə almasaq, futbolçularım istədiklərimi həyata keçirdilər. Yetərincə gümücümz olsa da, ikinci qolu vura bilmədik və buna görə təəssüf hissi keçirirəm. Topu "Qarabağ"a bilərəkdən vermişdik və ümidlərimizi sürətli əks-hucumlara bağlamışdıq. Bir daha təkrar edirəm, ikinci qolu vurmaq üçün xeyli sayda imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. İndi cavab oyununa hazırlaşacağıq. Düşünürəm ki, komandam bir həftə sonra daha yaxşı vəziyyətdə olacaq. Uşaqlar xarakter nümayiş etdirdilər. Futbolçularımız belə bir güclü rəqiblə oynamaq gücündə olduqlarını sübut etdilər".  

 

39 yaşlı çalışdırıcı "Qarabağ"ın ciddi təhlükəli hücumla yadda qalmadığını sözlərinə əlavə edib: "Bir həftə ərzində "Valyur" və "Milsami" ilə iki oyun keçirmişdik. İslandiyadan evə qayıdarkən, demək olar, bütün gecəni təyyarədə keçirmişdik. Elə "Milsami" ilə oyun da xeyli güc sərf etməyimizə səbəb oldu. Bilirdim ki, "Qarabağ"la oyunda bu üzdən çox çətinliyimiz olacaq.  Ancaq futbolçularım sona qədər döyüşdülər və onlara "çox sağ ol" demək istəyirəm. Bu cür rəqiblərlə oyunda ərazi üstünlüyünə sahib olmaq mümkün deyil. Düzdü, topa nəzarət edirdilər, ancaq ciddi qol epizodu yarada bilmirdilər". 

Xəbər xətti