Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, qırğızıstanlı həmyaşıdları ilə qarşılaşan U-17 3:0 hesablı qələbə qazanıb.
Yığmamızın qollarını Rauf Məhərrəmmov, Musa Qurbanlı və Veysəl Rzayev vurub.
Xatırladaq ki, U-17 bu gün Qazaxıstan yığması ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi