Millimiz finala vəsiqə qazandı

00:42 - 27 Avqust 2018

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunan “Prezident kuboku” turnirində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız heç-heçə edib - 1:1. Yığmamızın heyətində Musa Qurbanlı fərqlənib.

 

Bu nəticədən sonra qrupda birinci yeri tutan komandamız finala vəsiqə qazanıb. Avqustun 28-də, saat 15:00-da keçiriləcək final oyununda yığmamızın rəqibi digər qrupun qalibi - Krasnodar Futbol Akademiyasının U-17 komandası olacaq.

Xəbər xətti