Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Şerif" klubunun baş məşqçisi Qoran Sabliç Moldova çempionatının 18-ci turunda doğma meydanda "Dinamo-Avto"ya qaib gəldikləri matçdan (2:0) sonra açıqlama verib.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunu dəyərləndirib: "Yaxşı axşam idi. Nə deyə bilərəm? Bu gün əsas vəzifəni yerinə yetirdik, qələbə qazandıq. Qələbə qazanmaq ən vacib məsələdir. Daha çox qol vura bilərdik. "Dinamo-Avto" ilə matçda az şans qazanan futbolçulara, oyun təcrübəsi olmayanlara imkan yaratdım. Eyni zamanda, komandanın əsas heyət üzvlərinin bəzilərinə istirahət vermişdim. Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyimiz oyun ərəfəsində bu, vacibdir. Bundan sonra "Qarabağ"la oyunun hazırlıqlarına başlayacağıq".
39 yaşlı çalışdırıcı "Qarabağ"la oyunöncəsi komandadan əhval-ruhiyyənin yaxşı olduğunu sözlərinə əlavə edib: "Əhval-ruhiyyəmiz yerindədir. Hər kəs "Qarabağ"la cavab oyununu gözləyir. İlk oyunda yaxşı nəticə əldə etdik, mərhələ keçmək üçün alışıb-yandığımızı göstərdik. Cavab oyunun bizim üçün çətin olacağını bilirik. Ancaq inanıram ki, komanda fiziki cəhətdən yaxşı vəziyyətdədir və futbolçularım qələbə qazanmaq istəyirlər".
"Şerif"in baş məşqçisi Bakıda oynamayacaq belaruslu yarımmüdafiəçi Yuri Kendişini kiminlə əvəzləyəcəyi haqda düçündüklərini bildirib: "Dinamo-Auto" ilə meydana çıxan futbolçuların bəziləri Yurini əvəzləyə bilər. Bu, asan olmayacaq. Ancaq fikrimcə, vəzifəni yerinə yetirə bilən varinatı və futbolçunu tapacağıq. Fikrimcə, hər şey normal olacaq".
saytlarin hazirlanmasi