Kosovoda millimizlə oyundan öncə Berişa həyəcanı

14:49 - 28 Avqust 2018

Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan və bundan 3 gün sonra Farer adaları ilə qarşılaşacaq Kosovo yığmasında Valon Berişa həyəcanı davam edir.

 

Sportal.az xəbər verir ki, komandanın ulduzu hələ də zədədən əziyyət çəkir. "Latsio"nun futbolçusu ötən həftə A Seriyasıda "Yuventus"la oyunda iştirak etməyib. İlk iki turu buraxan 25 yaşlı yarımmüdafiəçi bu həftədən məşqlərə başlayacaq. Lakin onun millimizlə oyuna yetişməmək ehtimalı var.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti