Millimiz ikinci oldu

18:11 - 28 Avqust 2018

Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. Oyunun vaxtı 0:0 hesabı ilə başa çatıb.

 

Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub.

Xəbər xətti