Musa Qurbanlı ən yaxşı adına layiq görüldü

18:31 - 28 Avqust 2018

Qazaxıstanda bu gün başa çatan “Prezident kuboku”nun ən yaxşı hücumçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada turnirdə iştirak edən U-17 yığmamızın kapitanı Musa Qurbanlı layiq görülüb. Qırğızıstan (3:0) və Qazaxıstanla oyunlarda (1:1) fərqlənən Qurban Qurbanovun oğlu yarışı 2 qolla tamamlayıb.

 

Turnirin ən yaxşı yarımmüdafiəçisi isə yığmamızın digər üzvü Veysəl Rzayev seçilib.

 

Qeyd edək ki, bu gün finalda Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşan yığmamız əsas vaxtı 0:0 hesabı ilə başa çatan matçın penaltilər seriyasında məğlub olaraq, "Prezident Kuboku"nda 2-ci yeri tutub.

Xəbər xətti