Mateo Suşiç: “Qarabağ” ötən illə müqayisədə dəyişib”

20:12 - 29 Avqust 2018

"Bizi çox çətin qarşılaşma gözləyir. İlk oyunda yaxşı nəticə qazanmışıq".

 

Sportal.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Şerif"in futbolçusu Mateo Suşiç deyib. 

 

Komandanın kapitanı mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini deyib: "Sonuncu 90 dəqiqəyə çıxacağıq. İlk görüşdəki kimi, əzmkar oyun sərgiləyib, mərhələ keçməyə çalışacağıq".

 

27 yaşlı bosniya və herseqovinalı cinah müdafiəçisi ötən mövsümlə müqayisədə "Qarabağ"ın dəyişdiyini deyib: “Qarabağ” ötən illə müqayisədə dəyişib. Yeni oyunçular olsa da, "Qarabağ" əvvəlki futbolu nümayiş etdirir. Ancaq bəzi yeni futbolçular komandaya tam uyğunlaşa bilməyiblər”.

 

Qeyd edək ki, “Qarabağ” səfərdə keçirilən ilk oyunda 0:1  hesablı məğlub olub. Cavab görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti