Çempionlar Liqasında pley-off mərhələsi başa çatıb.
Sportal.az xəbər verir ki, PSV ilk oyunda 3:2 hesabı ilə qalib gəldiyi BATE-ni qəbul edib. Hollandiya təmsilçisi rəqibini 3:0 hesabı ilə darmadağın edərək, qrup mərhələsinə yüksəlib.
BATE Borisov ÇL-in III təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı. Borisov klubu Avropa Liqasında çıxış edəcək.
PSV (Hollandiya) - BATE (Belarus) - 3:0
Qollar: Stiven Berqviyn, 14, Luuk de Yonq, 36, İrvinq Losano, 62
İlk oyun - 3:2
saytlarin hazirlanmasi