“Astana” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində cavab matçına çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi Qazaxıstan klubu doğma meydanda ilk matçda 0:1 hesablı uduzduğu Kiprin APOEL komandası ilə qarşılaşıb.
"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib.
Oyunun əsas və əlavə vaxtında hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. "Astana" məhz Almeyda və Enrikenin düzgün yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabı ilə qalib gələrək, qrup mərhələsinə vəsiqə qazanıb.
Pedro bu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıbsa, Riçard 53-cü dəqiqədə meydana daxil olub. O, 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
saytlarin hazirlanmasi