"Vorskla"nın baş məşçqisi: "Qrupun ən zəif bəndiyik"

18:22 - 31 Avqust 2018

"Püşkün nəticəsi barədə uzun danışmaq istəmirəm. Biz başa düşürdük ki, qarşımıza güclü rəqiblər çıxacaq. Sevinirik ki, onların arasında "Arsenal"da var".

 

Sportal.az xəbər verir ki, bu sözləri Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Saçko Vasili Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.  

 

43 yaşlı ukraynalı mütəxəssis qrupun ən zəif komandası olduqlarını etiraf edib. Ancaq o, sona qədər mübarizə aparacaqlarını bildirib: "Bu komandalar arasında öz gücümüzü yoxlayacağıq. Biz qrupun ən zəif bəndiyik. Əsas odur ki, oyunlara ciddi hazırlaşacağıq, var gücümüzü ortaya qoyacağıq". 

 

Qeyd edək ki, Poltava təmsilçisi E qrupunda "Arsenal" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Qarabağ" (Azərbaycan) ilə  mübarizə aparacaq. 

Xəbər xətti