Portuqaliyanın “Sportinq” klubunun baş məşqçisi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis qrupun güclü olduğunu deyib: "Bizim üçün yaxşı püşkdür. Qrupda 3 komanda - "Sportinq", "Arsenal" və "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş komandalardır. Qrupumuz güclüdür və maraqlı mübarizə olacaq".
Qeyd edək ki, Avropa Liqasının E qrupunda "Sportinq", "Qarabağ", "Arsenal" və "Vorskla" klubları yer alıb.
saytlarin hazirlanmasi