"Vorskla"nın futbolçusu: "Ən güclü komandalar qrupumuza düşdü"

12:12 - 3 Sentyabr 2018

"İngiltərə futbolunun azarkeşiyəm. "Arsenal"la qarşılaşmalar xoş olacaq. Bu, Poltavada böyük bayramdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Vorskla"nın gürcüstanlı yarımmüdafiəçisi Aleksandr Kobaxidze Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Ukrayna təmsilçisinin yarımmüdafiəçisi nəhəng komandalarla qarşılaşacaqlarını bildirib: "Maraqlı qrupa düşmüşük, nəhəng komandalarla qarşılaşacağıq. Matçları səbirsizliklə gözləyirik. İlk oyunumuzu "Arsenal"la keçirəcəyik. Bu, əsl bayram olacaq. Amma anlayırıq ki, çox çətin olacaq. Amma yenə də belə rəqiblərlə oynamaq sevindiricidr. Ən güclü komandalar qrupumuza düşdü. Böyük stadionlarda oynayacağıq. Belə bir şey arzu edirdik. Yaxşı təcrübə qazanacağıq".

 

Qeyd edək ki, "Qarabağ", "Arsenal", "Sportinq" və "Vorskla" klubları Avropa Liqasının E qrupunda yer alıblar.

Xəbər xətti