Azərbaycanlı FİFA referisi Rəhim Həsənov növbəti beynəlxalq oyuna təyinat alıb.
Sportal.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda keçiriləcək İslandiya – Estoniya oyununun baş hakimi Rəhim Həsənov olacaq.
Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, görüş sentyabrın 6-da keçiriləcək.
saytlarin hazirlanmasi