Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-ın Azərikimya İB-nin balansında olan "Sumqayıt" klubunun idman bazasında yeni meydançaların inşası işləri ilə tanış olub.
Sportal.az xəbər verir ki, görülən işlərlə yerində tanış olan R. Abdullayev müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, əvvəllər 1 süni örtüklü meydançanın mövcud olduğu ərazidə hazırda AFFA-nın dəstəyi ilə 2 təbii örtüklü, 1 süni örtüklü və 2 mini futbol meydançası inşa edilməkdədir.
saytlarin hazirlanmasi