Yeni klubunda möhkəmlənmək üçün millimizdən ayrıldı

15:29 - 7 Sentyabr 2018

21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvü Murad Mahmudov komandadan ayrılıb.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Almaniyanın Regional Liqasında çıxış edən FCV “Frankfurt” klubuna keçən futbolçu yeni klubunda möhkəmlənmək üçün yığmanın toplanışından erkən dönmək istəyi ilə bağlı baş məşqçi Rəşad Sadıqova müraciət edib.

 

Yığma komandanın rəhbərliyi futbolçunun klub karyerasını nəzərə alaraq, müraciətinə müsbət yanaşıb və toplanışı erkən tərk edərək Almaniyaya yollanmasına icazə verib.

 

18 yaşlı yarımmüdafiəçi buna qədər "Ayntraxt"ın (Frankfurt) U-19 komandasında çıxış edirdi.

Xəbər xətti