Millimizin Norveçlə oyununun hakimləri açıqlandı

15:29 - 8 Sentyabr 2018

 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı San Marinodan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Barbeno Lukaya olacaq.  Françesko Lunardon və Salvatore Tuttifrutti yan xətt hakimləri, Mişel Skarpino isə dördüncü hakim qismində yardımçı olacaq.

 

Qeyd edək ki, sentyabrın 11-də keçiriləcək Azərbaycan-Norveç matçı saat 20:00-da başlayacaq. 

Xəbər xətti