Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda MOİK-lə qarşılaşıb. Nazim Süleymanovun yetirmələri 5:0 hesablı qələbə qazanıb. Əfran İsmayılovun dubl etdiyi matçda Atilla Yıldırım, Arif Daşdəmirov və Murad Xaçayev hərəyə bir dəfə rəqib qapısına yol tapıb.
“Sumqayıt” – MOİK 5:0
Qollar: Əfran İsmayılov (2), Atilla Yıldırım, Arif Daşdəmirov, Murad Xaçayev.
saytlarin hazirlanmasi