"Bizim üçün çox vacib görüşdür. Oyuna çox yaxşı hazırlaşmışıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Ümid edirəm ki, müsbət nəticə qazanacağıq".
Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Riçard Almeyda UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyundan əvvəl deyib.
29 yaşlı yarımmüdafiəçi bütün güclərini orataya qoyacaqlarını bildrib: "Bizi çox çətin oyun gözləyir. Komandamız möhtəşəm futbol sərgiləməli, məşqçinin tapşırıqlarını yerinə yetirməlidir. Tək mənimlə iş bitmir, bütün gücümüzü ortaya qoyacağıq".
Riçard Almeyda Qazaxıstanın "Astana" klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Astana"dakı durumumdan razıyam. Qışda ayrılacağımla bağlı informasiyaya sahib deyiləm"
saytlarin hazirlanmasi