21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb.
19 yaşlı hücumçu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnib.
Dadaşovun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Avropa çempionatının seçmə mərhələsində Norveçə qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.
saytlarin hazirlanmasi